Bakıda sexdən oğurluq edən şəxs hakim qarşısına çıxarılır


  • 16 Aprel 15:13

Bakıda sexdən və yaşayış evindən oğurluq etməkdə təqsirləndirilən İslam Osmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər də oğurluğa görə məhkum olunmuş İslam Osmanov paytaxın Nəsimi rayonu ərazisində bir sexin qarşısından 1500 manat dəyərində taxta və bir evdən 300 manat dəyərində elektrik naqili oğurlamaqda təqsirləndirilir. O, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanəılıb. İslam Osmanova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər