Xəsarətlə nəticələnən qəza törətmiş sürücünün məhkəməsi başlayır


  • 17 Aprel 13:21

Biləsuvarda xəsarətlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Emin Adıgözəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

Hakim Nüsrət Mirzəyevin sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb. Belə ki, "VAZ 2107" ilə "VAZ 2105" markalı minik avtomobillərin toqquşması nəticəsində Mirzə Adışlı xəsarət alıb. E.Adıgözəlova qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər