Qəbələdə narkokuryerlik etməkdə təqsirləndirilən dostların məhkəməsi başlayır


  • 18 Aprel 13:14

Qəbələdə narkokuryerlik etməkdə təqsirləndirilən Fuad Sultanlı və Şahnur Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Tural Əfəndizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, şəxsi axtarış zamanı tanışlar - Şabran rayon sakini Fuad Sultanlı və Astara rayon sakini Şahnur Əliyevin üzərində daşıdığı idman çantasından 4 kiloqrama yaxın marixuana və 64 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı onların ölkə ərazisində narkokuryerliklə məşğul olduqları müəyyən edilib. Hər ikis şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər