"Azəri Med" cərimə oluna bilər


  • 18 Aprel 13:20

"Azəri Med" QSC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib olunaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb

Qeyd edək ki, bu xətaya görə "Azəri Med" 1 500 manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər