"Aristokrat" Tibb Mərkəzi 8 min manatadək cərimə edilə bilər


  • 18 Aprel 14:12

"Aristokrat" Tibb Mərkəzinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, tibb mərkəzi barədə İnzibati Xətalar Məcəlləsnin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Protokol təsdiq olunsa, "Aristokrat" Tibb Mərkəzi 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər