"Sərvət İnşaat" barəsində inzibati protokol tərtib olundu


  • 19 Aprel 17:39

"Sərvət İnşaat" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 493-cü (Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Protokola hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Sərvət İnşaat" 300 manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər