"Leyla Medical Center" 2 min manatadək cərimə oluna bilər


  • 19 Aprel 17:55

"Leyla Medical Center" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci(Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Leyla Medical Center" min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası aprelin 25-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər