"Baku Electronics"ə cərimə yazıldı


  • 22 Aprel 18:37

"Baku Electronics" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, mağazalar şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Baku Electronics" altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası mayın 2-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər