"Azəristiliktəchizat" barəsində inzibati protokol tərtib olundu


  • 22 Aprel 18:42

"Azəristiliktəchizat" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, qurum barədə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Proktokol Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər