Hakimliyə namizədlər üçün test imtahanının vaxtı açıqlandı


  • 23 Aprel 17:43

Hakimliyə namizədlər üçün test imtahanının vaxtı açıqlanıb.

Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

Bildirilib ki, hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.

Həmin namizədlərlə test imtahanı cari ilin may ayının 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir.

Namizədlər “imtahana buraxılış vərəqəsi”ni aprel ayının 26-dan etibarən dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.

Müsabiqə üçün sənədlərin qəbulu fasiləsiz davam edir.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Oxşar xəbərlər