- 12:33
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirlən Nazim Məmmədqasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Vüqar Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 8-nə təyin olunub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Yasanal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılan Bakı şəhər sakini, 48 yaşlı Nazim Məmmədqasımovun üzərindən 1 kiloqram 145 qrama yaxın marixuana və heroin aşkarlanaraq götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə