Məhkəmə metroda oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək


  • 26 Aprel 16:52

Bakıda oğurluq etməkdə təqsirləndirilən Kamil Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Kamil Babayev metro stansiyaların birində bir qadının cibindən mobil telefonu oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər