Şirvanda avtomobildən oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 26 Aprel 17:00

Şirvanda avtomobildən oğurluq etməkdə təqsirləndirilən Samir Gözəlovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Hakim Etibar Hümbətovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 7-də keçiriləcək.

Qeyd edək ki, Samir Gözəlov Şirvan Şəhər şəhər ərazisində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinərək saxlanılıb. Onun qaçırdığı avtomobilə keçirilən baxış zamanı isə sonuncunun başqa bir avtomobildən oğurladığı 1 ədəd akkumulyator və səs gücləndirici sistemi aşkarlanaraq götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər