"Unibank" 5 min manatadək cərimələnə bilər


  • 29 Aprel 17:02

"Unibank Kommersiya Bankı" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, bank barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi il inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Solmaz Mustafayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunarsa, bank üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər