Qobustanda həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 29 Aprel 17:09

Qobutanda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Zaman Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü Zaman Zeynalov aralarında yaranmış mübahisə zamanı arvadı 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanı Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər