"Femida Könüllüləri" Təşkilatının "ArbiTrain" layihəsinin bağlanış mərasimi keçirildi - FOTO


  • 29 Aprel 21:22

"Innoland" İnkubasiya və Akselerasiya mərkəzində "Femida Könüllüləri" Təşkilatının "ArbiTrain" layihəsinin bağlanış mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, mərasimdə Kəmalə Mehdiyeva, Azər Əliyev və Toğrul Quluzadənin iştirakı ilə "Arbitraj haqqında qanun - Ümumi müddəalar və beynəlxalq standartlar" mövzusu ətrafında panel müzakirə həyata keçirib.

Müzakirə daha sonra iştirakçıların sual-cavabları ətrafında interaktiv formada davam etdirilib.

Sonda layihədə uğurla iştirak edən könüllülərə Kəmalə Mehdiyeva, Azər Əliyev, Toğrul Quluzadə, Mahir Məlikov və Nilgün Məmmmədova tərəfindən sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər