Ali Məhkəmə Vətən müharibəsi iştirakçısına bəraət verdi


  • 30 Aprel 11:50

Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vətən müharibəsi iştirakçısı Əhməd Ağabalazadənin barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Elşad İsayev məlumat verib.

Onun sözlərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, prokurorun protesti təmin edilməyib, bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinən Ə. Ağabalazadə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Ə.Ağabalazadəyə bəraət verib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər