Paytaxtda 2 nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır


  • 30 Aprel 17:19

Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əli Xalıqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Siyavuş Hacıyevin sədrliyi keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Bakının Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Əli Xalıqverdiyev idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən iki piyadanı vurub. Hadisə nəticəsində 1970-ci il təvəllüdlü Nigar Qasımova və 1981-ci il təvəllüdlü Zərifə Niftəliyeva ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər