Bakıda tanışına qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxundu


  • 1 May 12:06

Bakıda vətəndaşı işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Samir İsmayılova hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, S.İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Samir İsmayılov tanışı olan Elxan Əliyevə etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib. Belə ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi işə düzəltmək və biznesə şərik etmək adı ilə aldadaraq 57 min 800 manat maddi ziyan vurub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla ) maddəsində ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər