Xəsarətlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır


  • 1 May 15:35

İsmayıllıda xəsarətlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Vüqar Ziliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılmaıs üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

İş hakim İlqar Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 14-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Bədo adlanan ərazisində qeydə alınıb. “Tofaş” markalı avtomobil idarəetməni itirərək “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində İsmayıllı sakini 1978-ci il təvəllüdlü Ziliyev Vüqar Təşkilat oğlu və Laçın sakini 1990-cı il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. V.Ziliyevə qarşpı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər