"Zeytun Pharmaceuticals" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər veri ki, apteklər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Zeytun Pharmaceuticals" min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
