71 yaşlı qadının öldüyü yol qəzası ilə bağlı istintaq başa çatıb


  • 2 May 14:11

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Dursunəli İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Fuad Axundovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayınn 13-nə təyin olunub.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, 8 Noyabr prospektində qeyd alınıb. Belə ki, Dursunəli İsmayılov idarə etdiyi KIA markalı avtomobillə yolu keçən piyada 1952-ci il təvəllüdlü Lyüdmila Əliyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər