Qanunsuz olaraq odlu silah-sursat saxlamada təqsirləndirilən şəxsə 7 il cəza verildi


  • 2 May 16:03

Üzərində qanunsuz olaraq odlu silah-sursat saxlamada təqsirləndirilən Ümid Qafarova hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Rauf Malışov isə məhkəmədən təqsirləndirilən şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən ilin martında Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan Ümid Qafarov saxlanılıb. Belə ki, Ümid Qafarovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 9 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildirib. Ü.Qafarova qarşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) və 234.4.3-cü (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, satma və saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər