Abşeronda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 2 May 17:11

Abşeronda oğurluq etməkdə təqsirləndirilən Vilad Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş, 2000-ci il təvəllüdlü Vilad Əliyev bank kartlarından müxtəlif üsullarla oğurluqlar etməkdə təqsirləndirilir. Onun ümumilikdə Abşeron rayonunun müxtəlif qəsəbələrində 5 nəfərin kart məlumatlarını ələ keçirərək pul vəsaitlərini taladığı müəyyən edilib. V.Əliyevə qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər