Oğurluqda təqsirləndirilən dəstə üzvlərinin işi yenidən prokurorluğa qaytarıldı


  • 6 May 14:31

Qaradağda anbardan oğurluq etməkdə təqsirləndirilən Riyad Fərəcov, Rüfət Həsənov, Şahbaz Quliyev və Azər Rzayevin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçiriləcən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra çıxış edən dövlət ittihamçısı Eldar Həmzə bildirdi ki, məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan prosessual pozuntulara yol verildiyindən Cinayət - Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməlidir.

Prokurorun sözlərinə görə, cinayət işi ibtidai istintaqa - prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır.

Məhkəmə qısa müşavirədən sonra prokurorun vəsatəti təmin edərək cinayət işinə xitam verib.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Rzayev, Riyad Fərəcov və Rüfət Həsənov Qaradağda yerləşən anbarlardan birindən 106 min manatlıq noutbuk və kompüter avadanlıqları oğurlamaqda təqsirləndirilir. Onlara qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər