Bakıda adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


  • 6 May 15:21

Bakıda adam öldürməkdə təqsirləndirilən Elvin Əsədovun cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra çıxış üçün söz prokuror Babaxan Həsənəliyevə verilib və o, işin baxışa verilməsini məhkəməyə təklif edib.

Məhkəmədə qısa müşavirədən sonra cinayət işinin baxışa verilməsi və təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması ilə bağlı qərar qəbul edib.

Məhkəmənin ilk baxış iclası mayın 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 30-da paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Elvin Əsədovun şəxsi münasibətlər zəminində 1983-cü il təvəllüdlü Zamiq Cabbarovu öldürülməsində əsaslı şübhələr müəyyən edilib.

O, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər