Sumqayıtda anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaq başa çatdı


  • 6 May 17:06

Sumqayıtda anasını öldürməkdə təqsirləndirilən Mübariz Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Qəhrəmanov Mübariz Əvəz oğlu Sumqayıt şəhərinin 9-cü mikrorayonu ərazisində yerləşən, yaşadığı mənzildə aralarında yaranmış mübahisə zamanı anası, 1959-cu il təvəllüdlü Qəhrəmanova Qəşəngül Fərhad qızını kəsici-deşici alətlə xəsarət yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər