Oğurluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı


  • 6 May 17:56

Yevlaxda oğurluq etməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vahid Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Xəyal İbrahimov məlumat verib.

Onun sözlərinə görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökumə əsasən, V.Məmmədova Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi üzrə bəraət verilib. Ona CM-nin 177.2.2-ci (təkrar oğurluq etmə) və 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və həbsdə saxlandığı müddətlə əvəz edilərək məhkəmə zalından dərhal azad olunub.

İttihama görə, V.Məmmədov Yevlax rayonu ərazində velosiped və kondisioner oğurlayıb. O, ötən ilin aprelində Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan zaman onun üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər