Bakıda dələduzluqda təqsirləndirilən ər-arvada bəraət verildi


  • 7 May 11:52

Bakı Apellyasiya Məhkəməsində külli-miqdarda dələduzluqda təqsirləndirilən Akşin Abdullayev və onun həyat yoldaşı Leyla Abdullayevanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə hər iki təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılıb və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Xatırladaq ki, ötən ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aqşin Abdullayev 6 il 6 ay və həyat yoldaşı Leyla Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs edilmişdi.

İş üzrə 5 zərəçəkmiş tanınıb. İttiham aktında təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslərə 107 min manat zərər vurduğu göstərilib.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Orxan Rasifoğlu

Oxşar xəbərlər