"Oba Market" cərimələnə bilər


  • 7 May 17:35

"Oba Market" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsnin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə İnzibati protokol tərtib olunaraq baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Mirheydər Zeynalovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.

Protokol təsdiq olunsa, "Oba Market" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər