"Ege Hospital" barəsində inzibati protokol tərtib olundu


  • 7 May 17:42

"Ege Hospital" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Ege Hospital” altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası mayın 21-də keçiriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər