Hacıqabulda 10 min manatlıq oğurluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 7 May 17:55

Hacıqabulda oğurluq etməkdə təqsirləndirilən Ələm İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Hakim Orxan Bayramovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 15-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər oğurluq və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş və hazırda törətdiyi sonuncu cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ələm İbrahimov Hacıqabul rayon ərazisində müxtəlif küçələrdə olan rabitə dirəklərindən 10000 manat dəyərində 1750 metr TPP tipli kabel oğurlamaqda təqsirləndirilir. Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxs cari ilin yanvar-fevral ayları ərzində gecə saatlarında rabitə dirəklərindən kommunikasiya kabellərini kəsərək, tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrindən birinə satıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər