Məhkəmə xəsarətlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək


  • 7 May 17:59

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəvan İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Hakim Ruslan Əlizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Yevlax rayonu Əkşəmkənd ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "KİA" markalı avtomobil idarəetmədən çıxaraq öncə elektrik dirəyinə çırpılıb, daha sonra aşıb. Qəza nəticəsində Yevlax rayon sakinləri - 1991-ci il təvəllüdlü Ələddin Verdiyev və 1994-cü il təvəllüdlü Rəvan İbrahimov müxtəlif bədən xəsarətləri alıblar. Rəvan İbrahimova qarşı Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər