"Sədərək" rəhbərinin oğlunun evindən oğurluq etməkdə təqsirləndirilən xadimənin cəzası azaldıldı


  • 8 May 16:18

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manat oğurlamqda təqsirli bilinərək 11 il müddətinə məhkum edilmiş xadimə Ruzan Cabbarovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda tərəflərin çıxışları dinlənilib.

R.Cabbarova bu iş üzrə özünü qismən təqsirli bilib. O, oğurladıqlarının hamısını geri qaytardığını bildirib və dəymiş ziyanın məbləğinin şişirdildiyini söyləyib.

R.Cabbarovanın vəkili müvəkkilinin Cinayət Məcəlləsinin 177.4-cü ( oğurluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsindən 177.3.2-ci (oğurluq külli miqdarda törədildikdə) maddəsinə tövsif edilməsini, sansiyanın aşağı həddində cəza təyin edilməsini xahiş edib.

Məhkəmə apellyasiya şikayətini qismən təmin edib. Qərara əsasən R.Cabbarovanın cəzası 1 il azaldılıb.

İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəlinin İçərişəhərdə yerləşən evində xadimə işləyib. İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun həyat yoldaşı Fəridə Qədimovaya məxsus qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə Orxan Qədimbəyli və Fəridə Qədimovaya 803 min 118 manat ziyan vurub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Cabbarov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər