Sumqayıtda oğlunu bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır


  • 10 May 16:35

Sumqayıtda oğlunu bıçaqlamaqda təqsirləndirilən Ərzuman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Aynur Rzayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ərzuman Əhmədov oğlu, 1999-cu il təvəllüdlü Məhəmmədəli Əhmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə təqsirləndirilir. M.Əhmədov ağr vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər