Lənkəranda bibisi qızını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 10 May 16:50

Lənkəranda qohumunu bıçaqlamaqda təqsirləndirilən Valeh Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Valeh Asif oğlu Əliyev bibisi qızı, 2003-cü il təvəllüdlü Sevgi Etibar qızı Əzimovanı bıçaqlamaqda təqsirləndirilir. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Əliyevə qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər