Bakıda 46 yaşlı kişinin ölümünə səbəb olan sürücü ilə bağlı qərar veriləcək


  • 10 May 17:00

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Eldəniz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim İlham Cəfərzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. 1972-ci il təvəllüdlü Məmmədov Eldəniz Yaqub oğlunun idarə etdiyi “Hyundai Santafe” markalı avtomobil 1971-ci il təvəllüdlü Qarayev Asif Bəhram oğlunun idarə etdiyi “Mercedes Vito” markalı avtomaşın ilə toqquşub. Nəticədə “Mercedes Vito” markalı avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rüstəmov Rüstəm Vəzir oğlu hadisə yerində ölüb, 1994-cü il təvəllüdlü Məmmədov Əbdül Mustafa oğlu, 1968-ci il təvəllüdlü Vəliyeva Elmira Ələkbər qızı, Məmmədov Eldəniz Yaqub oğlu və İmanova Əfsanə Qoçəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Eldəniz Məmmədova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər