Bakıda 63 yaşlı kişini daşla vurub öldürməkdə təqsirləndirilən şəxsə 10 il cəza verildi


  • 10 May 17:31

Bakıda adam öldürməkdə təqsirləndirilən Mərdan Əsədullayevə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökumə əsasən təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror Eldar Həmzə məhkəmədən təqsirləndirilən şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 1965-ci il təvəllüdlü Mərdan Əsədullayev pişiklərə yem verməsinə maneçilik törətdiyinə görə aralarında yaranmış mübahisə zamanı 1960-cı il təvəllüdlü Adil Xəlilovun gicgah nahiyəsinə daşla zərbə vuraraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər