Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə təqsirləndirilən keçirilən prosesdə Sümbülə Əliyevanın sədri olduğu büronun mühasibi Pərvanə Əliyeva şahid qismində ifadə verib.
Şahid ifadəsi zamanı onu işə Sümbülə Əliyevanın götürdüyün deyib: "15 il məktəbdə laborant kimi işləmişəm. Daha sonra atam Sümbülə xanımdan məni işə götürməsi ilə bağlı xaiş etdi. İşdə mənə öyrədilənləri edirdim. Mənə verilən pulları kassaya yığılırdı. Sonra da müqavilə jurnalına köçürürdük. Mən hər dəfə məxaric kağızlarını Sümbülə xanımdan istəyirdim. Hər dəfə isə mənə bu kağızı vermirdi".
Sümbülə Əliyeva mühasibə suallar vermək istəsə də, hakim buna müdaxilə edib.
Təqsirləndirilən hakimin onun suallarına müdaxilə etdiyini etiraz edərək "Birdəfəlik ölüm hökmü çıxardın qurtarsın getsin", – deyib.
Növbəti şahid Taliyə Gəncəliyeva istintaq zamanı verdiyi ifadəsini məhkəmədə təsdiq edib.
Şahid, hazırda vəkil işləyən Tofiq Aslanov ifadə verərək bildirib ki, Sümbülə Əliyevadan hər hansı tələb və şikayətinin olmadığını bildirib.
Məhkəmənin növbəti iclası mayın 20-nə təyin edilib.
İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir. İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Orxan Rasifoğu
