Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqiyyat hadisəsi törətməkdə təqsirləndirilən Əbülfəz Əlləzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatınına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə bu il fevralın 6-da qeydə alınıb. Belə ki, 1956-cı il təvəllüdlü Əlləzov Əbülfəz Oruc oğlunun 217 saylı marşrut üzrə idarə etdiyi "Daewoo" markalı avtobus Sabunçu rayonu, Şəhər Yolu şosesi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1988-ci il təvəllüdlü Nəsirov Elsevər Vəli oğlunu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Sürücü Əbülfəz Əlləzova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
