Məzmuna keç

İdman zalından 12 min manat oğurlamaqda təqsirləndirilən mühafizəçi hakim qarşısına çıxarılır

Bakıda idman zalından oğurluq etməkdə təqsirləndirilən Ehtibar Adilovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Sevinc Quliyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Ehtibar Adilov mühafizəçisi olduğu, paytaxtın Yasamal rayonunda yerləşən idman zalının kassa aparatının sındıraraq 12 min manata yaxın pul vəsaitini oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə