Bakıda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Elşad Fəttahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Hakim Namiq Kərimovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov müxtəlif vaxtlarda 8 nəfər şəxsin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla ümumilikdə 5320 manat pul vəsaitini oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
