Goranboyda anasının qətlində təqsirləndirilən Şahin Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 22-də keçiriləcək.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü Şahin Əmrahov rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı anası, 1975-ci il təvəllüdlü Alidə Kazımovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
