Bakıda moped oğurlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 10 İyul 13:42

Bakıda oğurluq etməkdə təqsirləndirilən Rüfət Səlimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil

Qeyd edək ki, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rüfət Səlimov bir nəfərə məxsus mopedi oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər