Xarici şirkətin Azərbaycandakı filialına cərimə yazıldı


  • 11 İyul 12:52

"Logistics Management Solutions DMCC" şirkətinin Azərbaycan Respublikasındakı filialına cərimə yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, şirkət üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər