Əjdər Olun kassasiya şikayəti təmin olunmadı


  • 11 İyul 2024 16:11

Ali Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən iclasda şikayət əsassız sayılaraq təmin edilməyib.

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla Dövlət Təhlükəsizliyi (DTX) tərəfindən həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, o, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb.

Xatırladaq ki, Əjdər Cəbiyev daha əvvəl kassasiya şikayəti versə də, sonradan geri şikayətini geri götürüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər