Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək


  • 12 İyul 2024 13:47

Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqiyyat hadisəsi törətməkdə təqsirləndirilən Hilal Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Hakim İlqar Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 24-nə təyin olunub.

Qeyd edək ki, hadisə Qamışoba-Astara şəhəri yolunda qeydə alınıb. Hüseynov Hilal Cavanşir oğlu idarə etdiyi "VAZ-21063" markalı avtomobillə qəfil yola çıxan 5 yaşlı Nəzərova Filiz Yadigar qızını vurub. Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər