Məzmuna keç

“Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-yə cərimə yazılıb

"Sabunçu Elmi İstehsalat və Maşınqayırma" ASC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, ASC barədə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Samirə Məmmədlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclassının vaxtı hələli məlum deyil.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə