Əmək qanunvericiliyinin pozulmasına görə "Crystal İnşaat" ASC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, "Crystal İnşaat" barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci ( Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
