"Mega Max Group" Məhdud Məsuliyyətli Cəmiyyəti Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsinə üz tutan şirkət Fonda qarşı kredit müqaviləsi üzrə tələb irəli sürüb.
İddia hakim Günay Həşimovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanamayıb.
Şəbnəm Mehdizadə
